Nazir Masallı rayonunda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşüb.

Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

Olaylar.az bildirir ki, daha sonra Əbülfəs Qarayev Masallı rayon Heydər Əliyev Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edib. Qəbulda vətəndaşlar tərəfindən həmçinin rayonda yerləşən tarixi hamamın təmir-bərpa olunması, tarixi abidə olan Banbaşı kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, klub müəssisələrində çalışan işçilərin attestasiyasının keçirilməsi, kitabxanaların ALİSA (mərkəzləşdirilmiş elektron kitabxana sistemi) proqramı ilə təmin olunması, uşaq musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunması, Əməkdar artist, xanəndə Sabir Mirzəyevin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı nazir Əbülfəs Qarayevə müraciət edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31