Lvov Milli Operasının aparıcı solisti “Sevilya bərbəri” operasında çıxış edəcək
Lvov Milli Operasının aparıcı solisti “Sevilya bərbəri” operasında çıxış edəcək
24 Fevral 2020 11:25 MədəniyyətMartın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin "Sevilya bərbəri" komik operasının tamaşası keçiriləcəkdir.
Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu dəvət etmişdir.
Ukraynalı opera sənətkarları ilə yanaşı tamaşada həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - respublikanın Əməkdar artistləri İnarə Babayeva, Tural Ağasıyev, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, gənc solistlər Nina Makarova və Mahir Tağızadə çıxış edəcəklər.
Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.