Qəhrəmanlar və pis adamlar eyni səbəbdən ortaya çıxır – XAOS
Qəhrəmanlar və pis adamlar eyni səbəbdən ortaya çıxır – XAOS
19 Fevral 2020 14:11 MədəniyyətNigar ORUCOVA
Heç düşünmüsüzmü ağlamalı olduğunuz vaxt dərindən qəhqəhə çəkən biri olsaydınız necə olardı?
Məhz Joker kimi. Joker bir dəfə güldü və bütün şəhər onu yanlış anladı. Bəs niyə Joker gülməli olmayan şeylərə belə acı gülürdü? Onun ən dərin ağrıları o məşhur gülüşünün arxasında yatırdı. Bu səbəbdəndir ki, Joker film boyunca güldü lakin, biz onu izlərkən gülə bilmədik...
Bu ilin ən çox müzakirə olunan filmlərindən "Joker" haqqında tənqidçilərin rəyi çox müxtəlifdir. Tənqidçilərin bir qismi hesab edir ki, film aqressiv və şiddəti təşviq edən filmdir. İzləyicilərin əksəriyyəti isə tənqidçilərlə eyni fikirdə deyil...
Bir çox insanlara filmi izləməyi təklif edən zaman daha əvvəlki Jokerləri izləmədiyi üçün bu filmdən imtina edirlər. Lakin, bu tamamilə yalnış fikirdir. Çünki 2019 yayımı Joker bütün Jokerlərin başlanğıcıdır. Əgər Joker seriyalarını izləməyə başlamamısızsa son filmdən izləmək daha uyğundur.

Əvvəl izlədiyimiz yüksək büdcəli Joker filmlərində qəhramanın keçmişini hətta əsl adını belə bilmirdik. Joker xeyirxah və günahsız bir xarakter deyildi. Lakin o izləyiciyə bütün mənfi obrazlardan fərqini hiss etdirdi. Lağ, məsxərə edilən bir xarakterə acıdığımız üçün yox onun güclü olduğu və üsyanını dəstəklədiyimiz üçün yaxınlaşdıq. Joker pis bir insanı necə dəstəkləmək, sevmək olar izləyiciyi bunu öyrətdi. Jokeri izlədikdən sonra nə hiss etdik? Ondan təsirləndik, - XEYR. Jokerdən xilas olmağa çalışdıq. Mənəvi cəhətdən yalnış olmasına baxmayaraq silsilə bir qatillə aramızda bir bağlılıq yarandı. Sanki film bir tələydi və bütün izləyicilər də məmnuniyyətlə bu tələyə düşdü.
Qotam... O, xəyali şəhər...Xəyali şəhərlər adətən gözəl olur. Qotam isə insanları kimi boz şəhər idi. Küçələr zibil ilə dolu idi və hər yerdə siçanlar görünürdü, şəhəri epidemiyalar bürümüşdü. Qotam böyük və həqiqi dünyanın kiçik bir versiyası idi ... Varlılar insanları bu xəyal şəhəri idarə etdiklərinə inandırmağa çalışırdılar. Bunu edərkən şəhərin və o insanların əsl problemlərini dinlədiklərini söyləmək isə absurd olardı.
Şəhərdəki ağır həyat, mənəviyyatsız insanlar qəhrəmanımız Arturu Jokerə çevirdi. Artur bu şəhərin ən əhəmiyyətsiz hissəsi idi, Joker isə şəhərin tamamı...
Artur komediyaçı olmaq istəyən bir kloun idi. Uşaqlıqda yetimlər evinə atılan Arturu Penni Flek adlı bir qatil övladlığa götürdü. Filmdə bu vəziyyət çox təsirli bir uydurma ilə izah edildi. Ögey anası Arturun "anasına" daim işgəncə verir və əziyyət çəkərkən gülməsini istəyib. Penni yalnış düşüncələrlə hərəkət edir və Arturun əziyyət çəkəndə xoşbəxt olduğunu düşünürdü. Buna görə Joker ağlamağı bilmədən bütün film boyu qəhqəhə ilə "ağladı". Artur komediyaçı olmaq üçün kifayət qədər ağıllı idi. Arturun gülüşü onun göz yaşları idi. Ona görə də biz Jokeri film ərzində həqiqətən gülən bir vaxt görə bilmədik. Əslində sıradan insanların əzablarına gülən bir adam əsla onları güldürə bilməz. Jokerin təbəssümü və sonradan etdikləri bu insanların xaos yaratması üçün üçün bir simvol oldu. Qotam əhalisi Arturu tanımadan onu Joker adlandırdı, üsyanına dəstək olub şəhər boyu maskalarla gəzməyə başladılar.
Arturun xəyalı məşhur şou-men və komediyaçı Marri Frenklinin ( Robert De Niro) proqramında çıxış etmək idi. Marri Arturun uzaqdan sevdiyi bir xəyali ata idi. Artur həqiqətləri öyrənənə kimi anasını da atası olmasını istədiyi şou-men Marrini də çox sevirdi. Lakin, Joker onu təkzib edən anasını xəstəxanada, insanların zəifliklərindən istifadə edərək reytinq yığmağa çalışan Marrini isə canlı yayımda öldürdü. Artur həmişə xəyal etdiyi televiziya şousunda ciddi bir çıxış etdi. Bir anda xor baxan, görməməzlikdən gələn, əzilən, ifadə azadlığı olmayan insanların cəmiyyətdən nə istədiyini dilə gətirdi. Cinayətini etiraf edərək, ictimai korrupsiyanın simvolu olmaqdan məmnun olduğunu açıqladı. Silsilə cinayətlər törədən Artur insanların Jokeri oldu. Qotam xalqına görə bir qəhrəman olan Joker, izləyicilərimiz üçün qəhrəman deyildi. Doğrudur, silsilə qətillərlə cəmiyyətin yaramaz insanlarını öldürdü. Ancaq film onu qəhrəman kimi görmək seçimini bizə buraxdı. Başqa sözlə, film, Artur və Jokerin gözləri ilə Qotamın hər tamaşaçısına bir hekayə izah edir. Qəhrəmanların və pis adamların eyni səbəbdən ortaya çıxdıqlarını başa düşdük: Xaos.
Xaos gerçək dünyanın özüdür. Üzü boyalı Joker cəmiyyətin öz maskası idi.
Artur şəxsi həyatının çətinlikləri ilə qidalanırdı, ancaq içindəki pisliyi ortaya çıxaran pozğun sistem idi. Dərmanı ala bilmədiyi üçün müalicə olunmadı. Eyni şəhərdə onun kimi olan yüz minlərlə insan müxtəlif çətinliklərlə mübarizə aparırdı. Bəlkə o gün həmin metroda ilk qətlini törətməsəydi, əvəzində başqa birisi bunu etmiş olardı. Onun silahı belə yox idi. Kloun kimi çalışdığı vaxtlarda şəhər dələduzları tərəfindən səbəbsiz yerə döyüldükdükdən sonra ona özünü müdafiə etməsi üçün iş yoldaşı silah verdi. Ruhi xəstənin əlinə verilən silah onu Arturkən Joker olmağa sürükləyən səbəblərdən biri idi. Joker silahla müdafiə olunurdu, həm də pis bildiklərini öldürməklə.
Artur saf və qəribə bir insan idi. Onu soyuqqanlı silsilə qatila çevirən hər gün görməkdən iyrəndiyi pozulmuş cəmiyyət idi. Varlılar tərəfindən əzilənlər, qütbləşmə Joker kimi insanın real dünyada görünməsinə səbəb oldu.
Filmin sonunda Jokerin ağzında qanla təbəssüm etdiyi səhnə, bu günə qədər bütün "yaxşı" Jokerlərə olan hörmət idi. Filmdə o acı təbəssüm hekayəsini ilk dəfə belə real şəkildə izlədik.
Son olaraq Jokerə həyat verən Xoakin Feniksi xatırlamaq lazımdır.
Filmin rejissoru Todd Fillips qeyri-adi bir şey etdi. Əvvəlcə ssenarini yazdı və aktyor axtarmadı. Fenikslə əlaqə saxladı ssenarini ona müvafiq olaraq yazaraq aktyorluğuna əhəmiyyətli bir töhfə verdi. Digər tərəfdən, Xoakin Feniks əksər aktyorların çata bilmədiyi bir nöqtəyə çatdı. Çünki Joker bir klassikaya çevriləcək... Joker filmi ilin ən yaxşı filmi seçilməsə də Feniks Joker rolu ilə layiq olduğu "Oskar" mükafatına sahib oldu.