Kukla Teatrında yeni tamaşa - “Qızıl balıq”

Kukla Teatrında yeni tamaşa - “Qızıl balıq”

Builki repertuarı daha da zənginləşdirmək məqsədilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rus şairi Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edərək "Balıqçı və balıq haqqında nağıl"ını təqdim edəcək.

Olaylar.az bildirir ki, "Qızıl balıq" adı verilən bu tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb.

Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib.

Tamaşada obrazları teatrın aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Elgün Həmidov və Günay Əhməd canlandırırlar.

Azərbaycan və rus bölmələri üzrə hazırlanan tamaşa martın ortalarında balaca teatrsevərlərin ixtiyarına veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31