“Qoğalın sərgüzəştləri” nümayiş olunacaq - Gənc Tamaşaçılar Teatrında

“Qoğalın sərgüzəştləri” nümayiş olunacaq - Gənc Tamaşaçılar Teatrında

Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları üçün Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi "Qoğalın sərgüzəştləri" tamaşasını təqdim edəcək.

Olaylar.az bildirir ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandıracaq.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31