Gənc rəssamların qrup sərgisi açıldı

Gənc rəssamların qrup sərgisi açıldı

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Baku Book Center"də Gənclər Gününə həsr olunmuş gənc rəssamların "Axın" adlı qrup sərgisi açılıb.

Olaylar.az bildirir ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunub.

Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunub.

Qeyd edək ki, tədbirin sonunda rəssamlar diplomla təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31