“Şəhərin qış gecələri”nin premyerası oldu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşasının premyerası baş tutub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "Şəhərin qış gecələri" tamaşasının premyerası baş tutub.

Olaylar.az bildirir ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.

Qeyd edək ki, premyerada Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan MEA-nın vitse-prezideti, Akademik İsa Həbibbəyli, Xalq yazıçıları, Xalq şairləri, dövlət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

"Şəhərin qış gecələri" pyesi hələ ötən əsrin 70-80-ci illərində məşhur olan "Şəhərin yay günləri" əsərinin davamı kimi qələmə alınıb.

Qeyd edək ki, "Şəhərin qış gecələri" növbəti dəfə Xocalı Soyqrımı ərəfəsində tamaşaçılara təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31