"Leyli və Məcnun" operası növbəti dəfə nümayiş olundu
"Leyli və Məcnun" operası növbəti dəfə nümayiş olundu
13 Yanvar 2020 15:40 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, opera tamaşası "Leyli və Məcnun"un ilk tamaşasının 112-ci ildönümünə həsr olunmuşdur.
Tamaşanı ilk dəfə istedadlı dirijor İlahə Hüseynova çox böyük uğurla idarə etmişdir.
Tamaşada gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı Leyli, Əməkdar artistlər Elnur Zeynalov Məcnun, Təyyar Bayramov İbn-Salam, Cahangir Qurbanov Nofəl, solistlər Aytən Məhərrəmova Leylinin anası, Taleh Yahyayev Leylinin atası, Afaq Ağayeva Məcnunun anası, Mütəllim Dəmirov Məcnunun atası rollarında yüksək professional çıxışları və parlaq ifaları ilə yadda qalmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31