20 Yanvar faciəsində çəkilən fotolar ilk dəfə “Faciənin fotosu” adlı sənədli filmdə

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutaraq, yüzlərlə insan qətlə yetirilib və yaralanıb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib. Olaylar.az bildirir ki, otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutaraq, yüzlərlə insan qətlə yetirilib və yaralanıb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.
Olaylar.az bildirir ki, otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
Faciə zamanı Azərbaycanda yaşayan və fotoqrafiya sənəti ilə məşğul olan insanlar bu hadisəni gələcək nəsillərə çatdırmaq, dünya gündəminə gətirmək üçün bacardıqlarıqədər hadisələri fotolentə köçürüb. Peşəkar və həvəskar insanlardan ibarət fotoqraflaro zaman çəkdikləri fotoların zaman keçəndən sonra tarixə şahidlik edəcəklərini bəlkədə bilmirdilər.
Azərbaycan Fotoqrafları Birliyi bu dövrlərdə apardığı araşdırmalar nəticəsində çəkilən fotolar və arxivlərin saxlanılması haqqında məlumatlar toplayıb.

"20 Yanvar" hadisələrindən 30 il ötməsi ilə əlaqədar olaraq "Faciənin fotosu" adlı sənədli film çəkilib. Film AFB üzvləri ARTMAX lahiyəsinin rəhbəri Ayaz Mikayıl-zadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib.

Filmdə AFB, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən olan fotoları saxlayan insanların düşüncələri əksini tapıb. Fotoqrafların gördükləri işlər haqda danışmamasını nəzərə alsaq, filmdə onlar keçirdikləri hissləri və o zaman gördüklərini bölüşüblər. Filmdə təqdim olunan fotolar ilk dəfə olaraq nümayiş olunacaq.

Qeyd edək ki, araşdırmalar zamanı aydın olub ki, 30 il qabaq çəkilmiş fotoların artıq 45 faizi itirilib. Buna səbəb vaxtilə fotoları başqa ölkələrə yayımlamaq üçün neqativlərin göndərilməsi, bəzi  qrumlara təhvil verilməsi, fotoqrafların dünyasını dəyişəndən sonra şəxsi arxivlərin itməsi, bəzi texniki və məişət hadisələri səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31