“Yaşar” tamaşasını yenidən təqdim ediləcək

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan “Yaşar” tamaşası nümayişi olacaq.

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan "Yaşar" tamaşası nümayişi olacaq.

Olaylar.az bildirir ki, görkəmli ədib, nasir, dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Нərmin Həsənоvаdır.

Səhnə əsərində rollarda Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq kamal, Əməkdar artistlər Elnar Qarayev , Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov və Elxan Quliyev, aktyorlar Cavidan Novruzov, aktyor Elçin Əfəndi, Əli Nurzadə, Rada Nəsibova, Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Firuzə Balayeva, İlyas Əhmədov, Elnur Qədirov və Vüsal Mustafayev çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31