“Qoca və Mələk” növbəti dəfə səhnədə

“Qoca və Mələk” növbəti dəfə səhnədə

Yanvarın 11-də Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında ən populyar tamaşalardan olan "Qoca və Mələk" növbəti dəfə nümayiş olunacaq.

Olaylar.az bildirir ki, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31