“Arşın mal alan” nümayiş olundu – Opera və Balet Teatrında

“Arşın mal alan” nümayiş olundu – Opera və Balet Teatrında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasının nümayiş olunub. Olaylar.az bildirir ki,  tamaşada tanınmış dövlət xadimləri, mədəniyyət və elm, yaradıcı ziyalılar və gənclərin nümayəndələri iştirak etmişdir.

Aktyorların parlaq oyunu, gözəl dekorasiya və səhnə kostyumları tamaşanı daha baxımlı və maraqlı edir. Tamaşa boyu zalda əyləşənlər musiqinin taktına uyğun olaraq iştirakçıları öz alqışları ilə müşayiət edirdilər.

Tamaşada əsas partiyalarda Xalq artistləri Azər Zeynalov (Əsgər), Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Səbinə Vahabzadə (Asya), Gülüstan Əliyeva (Xala), Cahangir Qurbanov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), Ələkbər Əliyev (Vəli) yüksək professionallıq nümayiş etdirdilər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31