Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub

Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə bağlı dövlət səviyyəsində çoxsaylı tədbirlər keçirilib. "Nəsimi ili"nin möhtəşəm yekunu kimi dekabrın 27-də Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkarımız, Azərbaycanın xalq artısti Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub.

Olaylar.az bildirir ki, məşqləri bir neçə aydan bəri davam edən bu möhtəşəm əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova məxsusdur. Tamaşanın baletmeystri isə istedadlı xoreoqraf Ceyhun Qubadovdur.

Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

"Nasimi Passion" vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31