"Azərbaycan vokalçıları" festivalı çərçivəsində xor konserti

"Azərbaycan vokalçıları" festivalı çərçivəsində xor konserti

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində   "Azərbaycan vokalçıları" festivalı çərçivəsində  Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xor kollektivi çıxış edib. Kollektivin bədii rəhbəri Şəhla Ələkbərovadır.
Olaylar.az bildirir ki, ifaçılar  Üzeyir Hacıbəyli, Səməd Vurğun - "Ey Vətən", Səid Rüstəmov, Zeynal Cabbarzadə  - "Alagöz", Françesko Maccio, Ramiz Abdulla - "Oda", Xalq mahnısı "Qoy yarım gəlsin, Frans Şubert "Ave Mariya", Cahangir Cahangirov, Ənvər Əlibəyli -"Xəzər" və digər xor üçün yazılmış əsərləri səsləndiriblər. Solistlər  Səidə Manafova, Orxan Nur,  Pərviz Verdiyev, Aynur İsgəndərli və xorun birgə çıxışları festivalı izləyən tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Proqramda həmçinin A.Zeynallı "Ölkəm", A. Əlizadə  "Dağlarda", C.Hacıyev "Ey gül" və "Turandot"  operasından parçalar da səsləndirilib.
Qeyd edək ki, dekabrın 24-dək davam edəcək festivalın final konserti Heydər Əliyev Mərkəzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31