Bu gün Akademik Musiqili Teatrda “Silva” tamaşası oynanılacaq

Bu gün Akademik Musiqili Teatrda “Silva” tamaşası oynanılacaq

Dekabrın 20-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyaşöhrətli bəstəkar İmrə Kalmanın "Silva" tamaşası ilə rusdilli tamaşaçıların görüşünə gələcək.
Olaylar.az bildirir ki, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov,  quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanıın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Rollarda Əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli,  Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış  edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31