Sirli Mona Liza...
Sirli Mona Liza...
19 Dekabr 2019 14:22 MədəniyyətBu hekayəmizdə bu sirli və əsrlərdir insanların diqqətlərini öz üzərinə cəlb edən tablodan danışmaq istəyirəm. Leonardo da Vinçinin məhşur tablosu Mona Liza haqqında iddialar günü-gündən artmaqdadır. İddialardan biri isə İtaliyalı bir araşdırmaçıdan gəlib. Silvano Vincetinin sözlərinə görə, Mona Lizanın sol gözündə bir şifrə gizlədilib.
Vinceti, əsərdə Mona Liza üçün modellik edən insan haqqında fərqli bir çox ipucları olduğunu iddia edir. İtaliyalı araşdırmaçının fikirlərinə görə, Mona Lizanın gerçək kimliyinin gözlərinin içində yazdığını iddia edir.
Den Braunun məhşur kitabı Da Vinçi Şifrəsindən təsirlənərək araşdırmağa başlayan Vinceti, Mona Lizanın gülümsəməsinə və gözlərinin üstünə fokuslanıb. Şəkilin çox böyük ölçülü nüsxələri üstündə çalışan Vinceti, gözlərdəki dərin baxışlarda şifrə olduğunu iddia edir. Hərflərin çılpaq gözlə görülə bilmədiyini deyən Vinceti, Mona Lizanın sağ gözündə LV hərflərinin yazıldığını bildirir. İtaliyalı araşdırmaçı sol gözdə isə B və S ya da CE deyə biləcəyin hərflərin yer aldığını inadla bildirir. Mona Lisa tablosunda modellik edən qadının Florensiyalı bir tacirin arvadı Liza Gerardini olduğu iddia edilirdi. Lakin Vinceti bu fikirlə razılaşmır.Mona Lisa tablosunun arxasında 149 rəqəmi var. Ancaq bu rəqəmlə birlikdə silinmiş bir rəqəm daha var. Təxminən bunun 1490 olduğunu düşünən Vinceti, Da Vinçinin 1490-cı ildə Milanda olduğunu və Milan doju Ludoviko Sforzanın əmrindəki qadınlardan birinin modellik etdiyini deyir.
Mona Lisa adı ilə əlaqədar bəzi iddialar var. Belə ki, Den Braun özünün Da Vinçi Şifrəsi əsərində Mona Lisanın bir anaqram olduğunu və antik Misir tanrılarına ithaf edilərək Amon və İsida adından əldə edildiyini bildrir.
sia.az