“Adagio” yenidən nümayiş edilib
“Adagio” yenidən nümayiş edilib
13 Dekabr 2019 12:51 MədəniyyətAzərbaycan Dövlət Pantomima Teatrı repertuarında maraqlı tamaşalardan olan "Adagio"nu növbəti dəfə təqdim olunub.
Olaylar.az bildirir ki, səhnə əsərinin quruluşçu-rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu-rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.
Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31