Akademik Musiqili Teatrda "Toya bir gün qalmış" 40-cı dəfə nümayiş olunacaq
Akademik Musiqili Teatrda "Toya bir gün qalmış" 40-cı dəfə nümayiş olunacaq
11 Dekabr 2019 14:24 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şöhrət" ordenli Xalq artisti, milyonların gülüş payı Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" iki hissəli komediyası 40-cı dəfə nümayiş olunacaq.
Olaylar.az bildirir ki, tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın repertuarındadır və artıq neçə ildir ki, uğurla nümayiş olunur. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları - Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar - Möylə Mirzəliyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.
Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir.

