“Şən Elf və cadugər” tamaşasının premyerası oldu
“Şən Elf və cadugər” tamaşasının premyerası oldu
9 Dekabr 2019 11:45 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İngilis nağıllarının motivləri əsasında uşaqlar üçün "Şən Elf və cadugər" tamaşasının premyerası baş tutub.
Olaylar.az bildirir ki, əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni Ayla Osmanovadır. Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidovdur, plastik həll Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edən bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.
Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova premyeranın hər zaman həyəcanlı keçdiyini söyləyib.
Tamaşada əsas rolu, Elf obrazını canlandıran aktrisa Səbinə Məmmədova isə balacaların qarşısında çıxış etməyin çoc məsuliyyətli olduğunu bildirib.
Qeyd edək ki, tamaşanın xüsusi rəng və işıq effektləri, rəqslər, mahnılar balacaların böyük marağına səbəb olub.