Aparıcı solistlərin iştirakı ilə "Viva Opera" adlı qala konsert keçiriləcək

Aparıcı solistlərin iştirakı ilə "Viva Opera" adlı qala konsert keçiriləcək

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konserti keçiriləcəkdir.

Olaylar.az bildirir ki, qala konsertdə Azərbaycanın Xalq artistisləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin Teatrın xor kollektivi çıxış edəcəklər.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcəkdir.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31