Qogenin əsəri Fransada 9,5 milyon avroya satıldı

Qogenin əsəri Fransada 9,5 milyon avroya satıldı

Fransalı post-impressionist rəssam Pol Qogenin "Qalın ağac" (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.

Olaylar.az bildirir ki, bu barədə "Artcurial" hərrac evi özünün "Twitter" səhifəsində yazıb. 73x92 santimetr ölçüsündə olan rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən əldə olunub. Alıcının sözlərinə görə əsər Fransada qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31