İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirilir

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirilir

Türkiyə Respublikasının İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Mədəniyyət və Turizm sahəsində Əməkdaşlıq üzrə işçi Qruplarının birgə iclası keçirilir.

Olaylar.az bildirir ki, iclasda  QDİƏT Şurasının qətnamələrinin, qərar və tövsiyələrinin icrası və QDİƏT üzvü olan ölkələrin mədəniyyət və turizm məsələləri üzrə nazirlərin qəbul etdikləri Bəyannamələr və Birgə Bəyanatların icrası, Avropa Şurasının mədəni marşrutları bağlı yeni layihələrin qiymətləndirilməsi, ÜTT-nin İpək Yolu Proqramı, Bizans marşrutlarının xəritələşdirilməsi, ÜTT ilə əməkdaşlıq, BLUEMED layihəsi haqqında məlumat, Qara dəniz mətbəxi - İnkişaf və Tanıtım Proqramı, Film festivallarında iştirak, QDİƏT üzv ölkələrində mədəniyyətlə bağlı tədbirlər və beynəlxalq sərgilər, qeyri-maddi mədəni irsin UNESKO siyahısına daxil edilməsi ilə məsələlərin müzakirə edilməsi üçün QDİƏT üzv ölkələrindən nümayəndələrin siyahısının hazırlanması, QDİƏT üzv ölkələrindən QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupuna və Turizmdə Əməkdaşlıq üzrə İşçi Qrupa nümayəndələrinin siyahısının yenilənməsi və digər məsələlər müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və marşrutlarının inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31