Əməkdar artist ilk dəfə Leonora partiyasını ifa edəcək
Əməkdar artist ilk dəfə Leonora partiyasını ifa edəcək
27 Noyabr 2019 12:05 MədəniyyətNoyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir.
Olaylar.az bildirir ki, tamaşada ilk dəfə Leonora partiyasını Teatrın aparıcı solistlərindən biri - Əməkdar artist İlahə Əfəndiyeva ifa edəcəkdir.
İ.Əfəndiyeva ilə yanaşı tamaşada Xalq artistləri Fidan Hacıyeva (Azuçena), Əkrəm Poladov (Ferrando), Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solisrlər Taleh Yahyayev (qraf di Luna), Nina Makarova (İnes) çıxış edəcəklər.
Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31