“Oğru və Doğru” tamaşasının premyerası olacaq
“Oğru və Doğru” tamaşasının premyerası olacaq
31 Oktyabr 2019 11:51 MədəniyyətNoyabrın 4-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində şair-dramaturq İmir Məmmədlinin "Oğru və Doğru" pyesi əsasında hazırlanan yeni tamaşanın premyerasını tamaşaçılara təqdim edəcək.
Olaylar.az bildirir ki, tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşcu rejissor Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda Müdvər Nemətova (Afaq), Anar Buludov (Rasim), Niyaməddin Səfərəliyev (Piralı), Rövşən Cəfərov (Gözətçi), Arzuman Tanrıverdi (Oğru) çıxış edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31