“Vaqif” operası Opera və Balet Teatrında nümayiş olunacaq
“Vaqif” operası Opera və Balet Teatrında nümayiş olunacaq
24 Oktyabr 2019 14:27 MədəniyyətNoyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin "Vaqif" operasının tamaşası keçiriləcəkdir.
Olaylar.az bildirir ki, tamaşada əsas partiyanı - şair Vaqifin rolunu Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa edəcəkdir.
R.Qasımovla yanaşı tamaşada həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Vəzir), Əkrəm Poladov (Vidadi), Əməkdar artistlər Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan), Nina Makarova (Gülnar) və b. çıxış edəcəklər.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.