“Sevil” operası Opera və Balet Teatrının səhnəsində
“Sevil” operası Opera və Balet Teatrının səhnəsində
22 Oktyabr 2019 11:28 MədəniyyətAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə geniş qeyd olunur.
Olaylar.az bildirir ki, oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Cabbarlının "Sevil" pyesinin motivləri əsasında görkəmli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyni adlı operanın tamaşası keçiriləcəkdir. Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev (Əbdüləli bəy) çıxış edəcəklər.
Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcəkdir.