Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i
Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i
18 Oktyabr 2019 12:57 MədəniyyətM.A.P festivalı çərçivəsində fərqli sənət meyil və cərəyanlarının müasir səhnə çağırışlarına tamaşa etmək imkanı qazananlar növbəti dəfə Akademik Milli Dram Teatrına toplaşdılar. İctimai xadimdən incəsənət nümayəndələrinə, xarici qonaqlardan teatrsevər paytaxt sakinlərinə qədər çoxsaylı tamaşaçı auditoriyasını finlandiyalı qonaqların səhnə şousunu gözləyirdi.
Olaylar.az bildirir ki, Finlandiyanın "WHS" Teatrının "Gediş" tamaşasında mürəkkəb münasibətdə olan qadın və kişi, onların fonunda isə baş alıb gedən bezginlik və etirazı görürük. Geyimlərlə əhatə edilmiş səhnədə dayansalar da, hiss olaraq çoxdan darmadağın olublar. Təkrarlanan jestləri, daxildəki təlatümü ifadə edən bədən hərəkətləri və danışan mimikaları ilə bizə "səslənirlər".
Vizual teatr və sirkin ən sonuncu sehrbazlarından sayılan Kalle Nio tərəfindən səhnəyə qoyulan "Gediş"in yozumunda bir-birindən ayrı düşmüş, nağıl obrazları və illüziyalar dəryasında üzən cütlük göstərilir.
Bir saat ərzində tamaşaçı səhnə işi müəlliflərin (rejissor Kalle Nio, xoreoqraflar Vera Selena Tegelman, Kalle Nio Tegelman, geyim üzrə rəssamlar
Mila Moisio, Kaisa Rissanen, musiqi və səs quruluşçusu Samuli Kosminen, işıq üzrə rəssamlar Mattias Bettge, Yere Mönkkönen, videoqraf Kalle Nio) əsas məramını - tamaşaçı müasir teatrı məhz fərqli sənət növlərinin kompakt təqdimatında istəyir fikrini əyani göstərdi.