Şimpanzelər parlamentdə - Rekord qiymətə satıldı

Şimpanzelər parlamentdə - Rekord qiymətə satıldı

Dünyaca məşhur küçə sənətçisi Benksinin daha bir əsəri rekord qiymətə satılıb. 

"Devolved Parliament" adlı əsərdə parlamentdə əyləşən millət vəkillərinin əvəzinə şimpanzelər təsvir olunub. Əsər Londondakı "Sothebychr("39")s" hərrac evində 13 dəqiqəyə alıcı tapıb. Adı açıqlanmayan şəxs əsəri 9.8 milyon sterlinqə (təxminən 20 milyon manata) alıb.

4 metr hündürlüyündəki tablo Benksinin indiyə qədər ən bahalı qiymətə satılan əsəri olub. Rəssamın bundan öncə də "Qırmızı şarlı qız" əsəri 1 milyon sterlinqə ( 2 milyon manata) satılmışdı. 

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31