Ölkəmiz beynəlxalq konfransda təmsil olunur
Ölkəmiz beynəlxalq konfransda təmsil olunur
25 Sentyabr 2019 11:53 MədəniyyətQırğızıstanda "İssık-Kul regionunun arxeoloji irsinin öyrənilməsi" adlı beynəlxalq konfrans keçirilir.
Konfransda ölkəmizi Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və qurumun şöbə müdiri Sabir Nəzirov təmsil edir.
Konfransın açılış mərasimindən sonra iştirakçılar "Köçəri Həyat" Mədəniyyət Mərkəzi ilə yaxından tanış olublar.
Mərkəzlə tanış olan qonaqlara regionun mədəni irsi, mədəni-tarixi landşaftı barədə məlumatlar verilib.
Konfrans sentyabrın 28-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31