“Dejavü” növbəti dəfə nümayiş olunacaq
“Dejavü” növbəti dəfə nümayiş olunacaq
26 Avqust 2019 11:21 MədəniyyətAzərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da "Dejavü" adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.
Olaylar.az bildirir ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.
Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İkinəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31