Premyera olacaq - Opera və Balet Teatrında

Premyera olacaq - Opera və Balet Teatrında

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın "Məhsəti" operasının premyerası olacaq.

Olaylar.az bildirir ki, səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində göstəriləcək. Operada baş rolu İnarə Babayeva ifa edəcək.

Səhnə əsəri AzTV-nin Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına Xoru tərəfindən müşayiət olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31