“Salnaməfilm” studiyasında yeni film çəkilir
“Salnaməfilm” studiyasında yeni film çəkilir
26 İyul 2019 13:24 Mədəniyyət"Salnaməfilm" studiyasında Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən sənədli filmlərin çəkilişləri davam edir. "Mirpaşa" adlı növbəti film Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov haqqındadır.
Olaylar.az bildirir ki, filmin çəkilişləri Ağdam, Bərdə və Bakıda aparılıb.
Filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.
Film tezliklə tamaşaçıların ixtiyarına veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31