“Vətən! Ordu! Şərəf!” adlı rəsm sərgisi keçirilib

“Vətən! Ordu! Şərəf!” adlı rəsm sərgisi keçirilib

İyulun 24-də Gədəbəydə, Gədəbəy rayon İcra Hakimiyyəti, TİKA, "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək "Milli Yaylaq Festivalı" çərçivəsində və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə keçirilən gənc mədəniyyət işçilərinin "I Beynəlxalq yay düşərgəsi" çərçivəsində "Vətən! Ordu! Şərəf!" adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil olunub.

Olaylar.az bildirir ki, sərgidə Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, N saylı hərbi hissəsinin zabit, gizir və əsgər heyəti, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbəri Asif Usubəliyev çıxış ediblər.

Həmçinin, Mərkəzin əməkdaşları Cavid Əliyev "Səni vətən çağırır", Nurəddin Babazadə "Mədəniyyət və silahlı qüvvələr", Rəfiqə Nəsirova "Əsgər salamı" adlı məruzələri ilə çıxış etmişlər.

Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, onların istedadının üzə çıxarılması və dəstəklənməsini, ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsini, təbliğ olunmasını sərginin hədəfləri arasında yer aldığını vurğuladılar.

Rəfiqə Nəsirova və Nadir Məmmədov apardığı tədbirin bədii hissəsində Gədəbəy Aşıq musiqisi məktəbinin şagirdlərinin ifası səsləndirildi, yumorist Ramil Allahverdiyev isə öz çıxışları ilə tamaşaçıların əhval- ruhiyyəsini yüksəltdi. Daha sonra əsgərlər auksion səsvermə yolu ilə rəsm əsərləri qiymətləndirilib qalibi mükafatlandırıblar.

Tədbir çərçivəsində Müdafiə Nazirliyi tərəfindən "Əsgərə məktub" adlı layihə keçirilib.

Sonda Heydər Əliyev parkında "Cavad Xan" filmi nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31