2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi təşkil olunacaq

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi təşkil olunacaq

12-14 sentyabr tarixlərində Boulevard Hotel-də 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi "Gift & Promo 2019" keçiriləcək.

Olaylar.az bildirir ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

Sərgi korporativ hədiyyələr və suvenirlər sahəsində təqdim olunan ölkədə və regionda yeganə beynəlxalq sərgidir. Burada promo məhsul və xidmətləri, VİP hədiyyələr, həmçinin əzizləriniz və dostlarınız üçün hədiyyələr təqdim olunacaq. Reklam xidmətlərinin sifarişçilərinin suvenir və promo məhsulları istehsalçıları və distributorları ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarını müzakirəsi üçün unikal işgüzar platformadır.

Sərgidə 3 gün ərzində 3000 yaxın ziyarətçinin olacağı nəzrədə tutulur.  Onların sırasında şirkət rəhbərləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alacaq.

Sərgidə VİP hədiyyələr, suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklalar, floristika, xüsusi toy sektoru və s. məhsullar nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31