Tanınmış miniatürçü rəssam Fəxrəddin Əlinin əsərlərinin sərgisi keçirilir

Tanınmış miniatürçü rəssam Fəxrəddin Əlinin əsərlərinin sərgisi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam  Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Olaylar.az xəbər verir ki,  Fəxrəddin Əlinin yağlı boya ilə çəkdiyi rəsm əsərləri Azərbaycanda və xarici ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Sərgidə rəssamın Nəsirəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və digər sənətkarların əsərlərinə -- Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə", Saib Təbrizinin "Mehr və müştəri", "Azərbaycan muğamı" mövzularında çəkdiyi miniatürlər nümayiş olunur. Sərgidə müəllifin "Şəhidlər" xalçası, işlədiyi şəxsi portretlər, "Türkiyə" mövzusunda rəsm əsərləri və kitabları da yer alır.

Sərgi bir həftə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31