“Yenə o bağ olaydı” adlı səyyar sərgi - Gəncədə “Yarat” Müasir İncəsənət Məkanında

“Yenə o bağ olaydı” adlı səyyar sərgi - Gəncədə “Yarat” Müasir İncəsənət Məkanında

"YARAT" Müasir İncəsənət Məkanı iyunun 27-də Gəncədə, Məhsəti Gəncəvi Mərkəzində incəsənət həvəskarlarına "Yenə o bağ olaydı" adlı səyyar sərgi təqdim edib.

Olaylar.az bildirir ki, sərginin açılış mərasimində çıxış edən "YARAT" Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova səyyar sərginin qurum tərəfindən Gəncə şəhərində təşkil edilən sayca üçüncü sərgi olduğunu diqqətə çatdırıb.

Sərginin kuratoru Anna Fech səyyar sərgi haqqında qısa məlumat verib.

Sərginin açılışı zamanı seyrçilər "Üçüncü cənnət" simvolunu canlı əks etdiriblər. Simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31