“Üç üz” tamaşaçılara təqdim edildi

Fehruz Şamıyev: "Filmi almaq üçün uzun müddət danışıqlıqlar aparıldı" Cəfər Pənahinin 71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olan "Üç üz" filmi ötən gün "CinemaPlus" kinoteatrında IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Azərbaycanda premyerası oldu.

Fehruz Şamıyev: "Filmi almaq üçün uzun müddət danışıqlıqlar aparıldı"

Cəfər Pənahinin 71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olan "Üç üz" filmi ötən gün "CinemaPlus" kinoteatrında IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Azərbaycanda premyerası oldu.

IX "START" Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev Olaylar.az -a verdiyi açıqlamasında bildirdi ki, filmdə Azərbaycan dili, Azərbaycan mentaliteti və Azərbaycan portreti var: "Filmdə hadisələr  azərbaycanlıların yaşadığı ərzidə baş verir. Bu baxımdan düşündük ki, Cənubi Azərbaycanda olan hadisələrdən bəhs edən filmin Bakıda nümayişi müəyyən qədər maraq doğura bilər. Maraq doğuracaq başqa bir detal isə filmin Kann festivalındakı uğurudur. Azərbaycan mədəniyyətini film vasitəsilə dünyaya çatdırmaq böyük uğurdur. Bu uğurun nümayişi Bakıda IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində olması sevindirici haldır."

Fehruz Şamıyev filmi almaq üçün uzun müddət danışıqlıqlar aparıldığını bildirib". "Festivalın eksklüziv hadisəsi olaraq filmi Azərbaycan tamaşaçılarına təqdim etdiyimiz üçün sevincliyik. Düşünürəm ki, gələcəkdə də bu festival çərçivəsində tamaşaçılara yeni filmlər, premyeralar təqdim edəcəyik. Həm özümüzü, həm komandamızı və ən əsası tamaşaçılarımızı bu festival münasibəti ilə təbrik edirəm."

Həmçinin direktor festival zamanı yerli və xarici rejissorlar üçün çox maraqlı müzakirələr aparıldığını qeyd etdi. "Ötən gün Nizami Kino Mərkəzində azərbaycanlı və xarici gənc rejissorlar filmlər və mövzular haqqında qarşılıqlı müzakirələrə aparıblar. Azərbaycanlı gənclərin bu cür diskussiyalara böyük ehtiyacları var. Festivalda iştirak edən xarici rejissorların filmləri bir çox beynəlxalq festivalların rəsmi proqramlarına düşüb. Və gənclərimiz üçün  onların təcrübələri, təklifləri müəyyən mənada əhəmiyyətli ola bilər. Yunanıstandan, Almaniyadan, Rusiyadan olan həmkarları ilə görüşüb, canlı müzakirələr aparması Azərbaycan kinosunun gələcəyi üçün əhəmiyyətlidir."

Qeyd edək ki, festivalın bağlanış mərasimi noyabrın 17 -də saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31