Məşhur rəssamın heç vaxt nümayiş olunmayan şəxsi kolleksiyası təqdim olunacaq

Noyabrın 16-da Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı münasibətilə Xalq rəssamı Səttar Bəhlulzadənin "Cizgi təranəsi" adlı sərgisi açılacaq.

Olaylar.az bildirir ki, rəssamın 110 ilik yubileyi ərəfəsində açılacaq sərgidə sənətkarın heç vaxt nümayiş olunmamış şəxsi kolleksiyadan olan qrafik əsərləri təqdim olunacaq. Sərgidə fırça ustasının 130-dan çox nadir əsərindən ibarət ekspozisiya nümayiş ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31