Rəsul Quliyevin foto sərgisi baş tutacaq
Oktyabrın 18-24 tarixlərində "Abşeron" Rəsm Qalereyasında Rəsul Quliyevin foto –sərgisi nümayiş olunacaq.
18 Oktyabr 2018 14:04 MədəniyyətOktyabrın 18-24 tarixlərində "Abşeron" Rəsm Qalereyasında Rəsul Quliyevin foto -sərgisi nümayiş olunacaq.
Bir sıra mədəniyyət layihələri həyata keçirən VarYox xeyriyyə platforması Bu günә qәdәr VarYox ilk ictimai tәdbir tәşkil edir. Tәdbir foto sәrgi olacaq - fotoların müәllifi isә gәnc vә az tanınmış fotoqraf Rәsul Quliyevdir.
Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildə Bakıda anadan olub, orta məktəbdən bәri fotoqrafiya ilə məşğul olur. Ali təhsilini diş həkimliyi üzrə Türkiyədə alan Rəsul fotoqrafiyanı özünü ifadə yolu olaraq görür. Küçə fotoqrafiyası və insan həyatları üzərində işlər görərək, ədəbi və sənədli yöndə özünü inkişaf etdirməyə çalışır.