Oktyabr ayında “Yuğ”da

Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı ərzində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Azərbaycan Dövlət "Yuğ" Teatrı oktyabr ayı ərzində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Olaylar.az-a  bildirilib ki, sənət ocağı oktyabrın 7-də "Şok", 13-də "Təkli", 14-də "Bir qətlin üç versiyası" (premyera) tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Həmçinin, teatrın yaradıcı kollektivi oktyabrın 20-də "Naməlum Axundzadə", 21-də "Quş dili", 27-də "Rindu-Şeyda", 28-də isə "Müəmmalı bir qətlin üç versiyası" tamaşalarını təqdim edəcəklər. Səhnə əsərləri müvafiq olaraq saat 19.00-da nümayiş olunacaq.

Qeyd edək ki, tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31