Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiqləndi

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.

Qurumun mətbuat xidmətindən Olaylar.az- a  bildirilib ki, teatrın Bədii Şurası 2018-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrda təqribən 30 tamaşanın 60 dəfəyə yaxın nümayiş etdirilməsi nəzərdə tutulur.

Yeni teatr mövsümünün açılışı 22 sentyabr saat 19:00-da dahi Üzeyir Hacıbəylinin ölməz sənət əsəri - "Arşın mal alan"la başlayacaq.

Habelə rusdilli tamaşaçılar üçüntamaşaları nümayiş olunacaq.

Teatr kollektivi həmişə olduğu kimi, balaca teatrsevərləri də diqqətdə saxlayır və onların zövqlərini oxşayan "Bremen musiqiçiləri və Pen", "Meşə çaqqalsız olmaz", "Qırmızı papaq", "Dəcəl çəpişlər", "Yatmış gözəl və cırtdanlar", habelə rus dillində "Qızıl cücə", "Düyməcik", "Qoğalın macəraları" və başqa tamaşaları nümayiş etdirəcək.

Qeyd edək ki, yaxın günlərdə teatrın rus truppasının aktyorlarının hazırladığı "Bir dəfə Bağdadda" tamaşasının premyerası nəzərdə tutulur.

4 ay ərzində Musiqili Teatrda bir çox beynəlxalq layihələrin həyata keçirilməsi və tamaşaçı auditoriyası ilə dəyirmi masa ətrafında söhbətlər, görüşlər, sənət ustalarının yubiley və anım günlərinin keçirilməsi də planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31