Teatr mövsümü "Leyli və Məcnun" operasının tamaşası ilə açacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır. Mövsüm ənənə üzrə sentyabrın 19-da dahi Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açılacaqdır.
10 Sentyabr 2018 14:48 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır. Mövsüm ənənə üzrə sentyabrın 19-da dahi Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açılacaqdır.
Olaylar.az bildirir ki, tamaşa bu il 10-cu dəfə keçiriləcək Üz.Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaqdır. Mövsümün açılış tamaşasında əsas rolları Əməkdar artist Elnur Zeynalov, gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı, Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və b. ifa edəcəklər. Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Üz.Hacıbəyli musiqi festivalı çərçivəsində həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu" baleti, sentyabrın 23-də isə M.Maqomayevin "Şah İsmayıl" operasının tamaşaları keçiriləcəkdir.
Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin "Leyli və Məcnun" və "Don Kixot" baletlərini seyr edə bilərlər.
Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Üz.Hacıbəylinin "Arşın mal alan" tamaşası nümayiş olunacaqdır.
Sentyabrın 30-u bazar günü isə teatrda C.Puççininin "İl Tabarro" operasının tamaşası keçiriləcəkdir.