Azərbaycanda Rusiya Kinosu həftəsi

Sentyabrın 7-dan-10-dək Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək .

Olaylar.az bildirir ki, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest" Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi "Çernovik" bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 08-də rejissor Yekaterina Teleqinanın, azərbaycan aktyorlarınında yer aldığı komediya janrında çəkdiyi "Kilimandjara" filmi, sentyabrın 09-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi "Trener" filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi "Salyut - 7" bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:30-da kinomərkəzin böyük zalında başlayacaq.

Nümayişlərə giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31