Mövsümü “İt gəzdirən xanım” açıq elan edəcək
Sentyabrın 15 –də Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək.
8 Avqust 2018 11:04 MədəniyyətSentyabrın 15 -də Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü "İt gəzdirən xanım" adlı səhnə əsəri ilə açıq elan edəcək.
Bundan başqa, sənət ocağında sentyabrın 16-da "Pantomima buketi", sentyabrın 22-də "Vuvana" və 23-də isə "Dejevu" tamaşaları oynanılacaq.
Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan "Qoca və Mələk", 30-da isə maarifləndirici tamaşa olan "Fəlakət və İnsan" tamaşaları izləniləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31