Səfirlikdə xəttatlıq sənəti üzrə treninq

Dekabrın 19 -22 tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Bilik Fondunun birgə təşkilatçılığı ilə “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçiriləcək. Olaylar.az bildirir ki, treninq xəttatlıq sənəti üzrə 30 illik təcrübəyə malik məşhur Misir xəttatı Mustafa Məhəmməd Amri tərəfindən keçiriləcək.

Dekabrın 19 -22 tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Bilik Fondunun birgə təşkilatçılığı ilə "Ərəb dili üzrə xəttatlıq sənəti" adlı ödənişsiz treninq keçiriləcək. Olaylar.az bildirir ki, treninq xəttatlıq sənəti üzrə 30 illik təcrübəyə malik məşhur Misir xəttatı Mustafa Məhəmməd Amri tərəfindən keçiriləcək.

Olaylar.az bildirir ki, treninqdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran şəxslər iştirak edə bilərlər. Treninqin sonunda iştirakçılar mütəxəssis tərəfindən imtahan olunaraq Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin sertifikatı ilə mükafatlandırılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31