“Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində seminar 

 Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminarı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Olaylar.az bildirir ki, “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçirilən seminarda Universitetin professor-müəllim və tələbə heyəti üçün eyni zamanda Masallı rayonunda keçirilən tədbir ilə bir başa canlı əlaqə yaradılaraq, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda müzakirələr dinlənilib.

Heydər Əliyev Mərkəzinin "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində növbəti seminarı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.

Olaylar.az bildirir ki, "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"ndə keçirilən seminarda Universitetin professor-müəllim və tələbə heyəti üçün eyni zamanda Masallı rayonunda keçirilən tədbir ilə bir başa canlı əlaqə yaradılaraq, "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası" mövzusunda müzakirələr dinlənilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını qeyd edib.

Daha sonra Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə mühazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31