QHT-nin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı. Olaylar.az bildirir ki, ƏSMİD İB idarə heyətinin 25.10.2017-ci il 5 saylı protokoluna əsasən yaradılan klubun Sədri Nicat Müslümov seçildi. Klub milli musiqimiz olan muğamın gənclər arasında təbliğ olunmasına dəstək olaraq yaradıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır…
12 Noyabr 2017 17:08 MədəniyyətƏlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı.
Olaylar.az bildirir ki, ƏSMİD İB idarə heyətinin 25.10.2017-ci il 5 saylı protokoluna əsasən yaradılan klubun Sədri Nicat Müslümov seçildi. Klub milli musiqimiz olan muğamın gənclər arasında təbliğ olunmasına dəstək olaraq yaradıldı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır...
Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik,
varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".