Azərbaycanlı aparıcı azyaşlı uşağa "canlı" deyə müraciət etdi - Verilişdə
"Lider" telekanalında yayımlanan "Status" verilişinin mövzusu "Dayələr" olub. Murad Arifin aparıcılığını etdiyi verilişə zəng edərək bağlanan tanınmış jurnalist Lalə Əlimuxtarova mövzuyla bağlı fikir bildirmək istədiyini deyib.
1 Noyabr 2017 16:29 Mədəniyyət"Lider" telekanalında yayımlanan "Status" verilişinin mövzusu "Dayələr" olub. Murad Arifin aparıcılığını etdiyi verilişə zəng edərək bağlanan tanınmış jurnalist Lalə Əlimuxtarova mövzuyla bağlı fikir bildirmək istədiyini deyib. Lalə "Dayə tutmuşam da, artıq o mərhələni keçmişəm də. Bir dəfə dayə tapmışam və o dayə övladıma 2 yaş 6 ayına qədər dayəlik edib" deyib. Aparıcı Murad həmkarına etiraz edib: "Ürəyiniz necə dözdü yad adamla 2 yaşına çatmamış, danışa bilməyən bir canlını baş-başa buraxıb evdən çıxmağa? Mən ata kimi bunu sizdən soruşuram". Lalə niyə dayə tutduğu barədə Muradın sualını bu sözlərlə əsaslandırıb: "Yad deyil, üzbəüz qapı qonşumdur. Qıraq adam mənim evimə girə bilməzdi". Milli.az