Azərbaycanlı opera ifaçısı oxuduğu muğamla Rusiyanı HEYRAN QOYDU - VİDEO
Əməkdar artist İlham Nəzərov Rusiyada keçirilən "Böyük Opera" layihəsinə qatılaraq ifası ilə münsifləri məftun edib. İlham Nəzərov G.F.Hendelin "Yuli Sezar Misirdə" operasını səsləndirib.
1 Noyabr 2017 16:14 MədəniyyətƏməkdar artist İlham Nəzərov Rusiyada keçirilən "Böyük Opera" layihəsinə qatılaraq ifası ilə münsifləri məftun edib. İlham Nəzərov G.F.Hendelin "Yuli Sezar Misirdə" operasını səsləndirib. Münsiflər onun səs tembrinə heyran qalıblar. Nadir səsə malik olan ifaçımız tamaşaçıların, eləcə də aparıcının xüsusi diqqətini çəkib. Aparıcı İlham Nəzərovdan Azərbaycanca muğam oxumasını xahiş edir. O, muğam ifası ilə ikinci dəfə auditoriyanı ayağa qaldırıb. Xatırladak ki, İlham Nəzərov Azərbaycanda nadir səs tembrinə malik vokalçı hesab olunur. Həmin görüntüləri təqdim edirik.