“100.Yılında Sovyet ihtilalı ve Türk Dünyası” Beynəlxalq Simpoziumu - Ankarada

Ankara şəhərində Hacettepe Universiteti Türkiyat Araştırmalar İnstitutunun  təşkil etdiyi "100.Yılında Sovyet ihtilalı ve Türk Dünyası" VI Beynəlxalq Türkiyat Araşdırmaları Simpoziumu keçirilib.

Beynəlxalq simpoziumda Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Günel Seyidəhmədli "Sovyet Döneminde Azerbaycan heykeltaraşlığı" adlı məruzə ilə çıxış edib.

Daha çox siyasi baxışların yer aldığı simpoziumda səslənən məruzələrdən fərqli olaraq Günel Seyidəhmədlinin məruzəsində mədəni aspektlərə toxunularaq, Azərbaycan incəsənətinin bir hissəsini özündə əks etdirən Sovet dövrü Azərbaycan heykəltəraşlığından və bu dövrün problemlərindən bəhs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31